Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 15:15
Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
“Bu gün Qaradağlı qətliamının 34-cü ildönümüdür. Azərbaycanın dinc əhalisinə qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qanlı cinayət tariximizin ən faciəli və ağrılı səhifələrindən biridir.
Xüsusi amansızlıqla həyata keçirilmiş bu qətliam zamanı uşaqlar və qadınlar da daxil olmaqla, 67 nəfər vəhşicəsinə qətlə yetirilib.
Qaradağlı qətliamı insanlığa qarşı törədilmiş ağır cinayət kimi yaddaşlarda əbədi qalacaq və bu cür faciələrin heç vaxt unudulmaması hər birimizin mənəvi borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - paylaşımda qeyd edilib.
Firuzə Vahid Qaradağlı qətliamı XİN erməni silahlı birləşmələri