Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na xüsusi bəyanatla qoşulacaq - YENİLƏNİB

Tarix: 17 Feb 2026 15:52

Azərbaycan “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”na xüsusi bəyanatla qoşulacaq.

APA xəbər verir ki, bu barədə bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclasında “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Nəzərə çatdırılıb ki, bu, Ermənistanla münasibətlərin normallaşana qədər Konvensiyanın müddəalarının Ermənistanla münasibətdə tətbiq olunmaması ilə əlaqədardır.

***

09.44

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya edəcək.

APA xəbər verir ki, bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Firuzə Vahid Milli Məclis Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası

Xəbər Lenti