Çərşənbə, 18 Ferval, 2026
Tarix: 18 Feb 2026 12:36
Son 3 ildə Azərbaycan ərazisi ilə daşınan Mərkəzi Asiya ölkələrinə məxsus yüklərin həcmi 90% artıb.
APA xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktoru Javlon Vahabov Bakıda “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın panel müzakirəsində deyib.
“İkitərəfli ticarət dövriyyəsinə gəldikdə, göstəricilər sabit, müsbət dinamikanı nümayiş etdirir. Son 5 ildə ticarət həcmi əhəmiyyətli dərəcədə artıb. Bu, Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən yeni geoiqtisadi konfiqurasiyanın formalaşmasına şərait yaradır. Bu əməkdaşlıq obyektiv iqtisadi və coğrafi amillərə əsaslanır, eyni zamanda, regional inteqrasiyanın inkişafı üçün yeni imkanlar açır”, - o bildirib.
Javlon Vahabov Özbəkistanla Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini qeyd edib: “2024-cü ildə Azərbaycanla Özbəkistan müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb. Azərbaycan Cənubi Qafqazda Özbəkistanın ən yüksək səviyyəli – müttəfiqlik statusunda münasibətlər qurduğu ilk ölkədir, ümumilikdə isə Özbəkistanın müttəfiqlik münasibətləri qurduğu ölkələr sırasında Azərbaycan Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutur. Bunun nəticəsində isə ötən il Özbəkistanla Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 90 faiz artıb”.
İlqar Xudiyev Mərkəzi Asiya Cənubi Qafqaz