Abbas Abbasov: Virtual muzey dekolonizasiya prosesinə töhfə verəcək

Tarix: 19 Feb 2026 13:31

Bakı Təşəbbüs Qrupu yalnız BMT-də yox, digər fərqli platformalarda da fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müstəmləkəçiliyə həsr edilmiş virtual muzey həm elm xadimləri, həm BMT ekspertləri, həm də dekolonizasiya prosesində iştirak edən maraqlı tərəflər üçün rəqəmsal məlumat bazası xarakterini daşıyacaq və öz növbəsində prosesə elmi müstəvidə töhfə verəcək.

Abbas Abbasov Bakı Təşəbbüs Qrupuna qarşı təzyiqlərdən də danışıb: “Yalnız bizim təşkilatımıza yox, həm də milli və müstəqil hərəkatlara qarşı təzyiqlər davam edir. Buna baxmayaraq, çoxşaxəli fəaliyyətimizi yalnız siyasi müstəvidə yox, həm də elmi müstəvidə davam etdiririk. Artıq yalnız hesabatlar, kitablar dərc edərək yox, rəqəmsal dünyaya keçid edərək bu işi görürük. Bildiyiniz kimi, biz üç ilə yaxındır fəaliyyətə başlamışıq. Fəaliyyətə başladığımız ilk aylardan bu kimi təzyiqlər Fransadan, Belçikadan və digər ölkələrdən olub. Amma bununla belə, biz öz fəaliyyətimizi yalnız BMT-də yox, digər fərqli platformalarda da davam etdiririk və etdirəcəyik”.

Toğrul Quluzadə Bakı Təşəbbüs Qrupu icraçı direktoru Abbas Abbasov virtual muzey müstəmləkəçilik

Xəbər Lenti