Baş nazirin müavini: Prioritetimiz aydındır - təhlükəsiz, əlçatan və davamlı enerji

Tarix: 20 Feb 2026 11:19

Parisdə keçirilən Beynəlxalq Enerji Agentliyinin Nazirlər Toplantısı (IEA) çərçivəsində Niderlandın Baş nazirinin müavini Sofi Hermans Agentliyə üzv ölkələrin əsas prioritetlərini açıqlayıb.

Bu barədə “APA-Economics” Agentliyə istinadə xəbər verir.

Sofi Hermansın sözlərinə görə, keçirilən iki günlük toplantı onu göstərdi ki, enerji gündəlik həyat üçün son dərəcə vacibdir – o, insanların həyata keçirdikləri hər şeyin görünməz hərəkətverici qüvvəsidir. IEA-nın bilik dəstəyi altında iştirakçılar bir daha əmin oldular ki, beynəlxalq əməkdaşlıq həyati əhəmiyyət daşıyır.

“Bizim prioritetimiz aydındır: təhlükəsiz, əlçatan və davamlı enerji – və qeyri-müəyyən dünyada davamlılığı təmin edə bilən sistemlər”, - baş nazirin müavini vurğulayıb.

Qeyd edək ki, Parisdə keçirilən iki günlük tədbirdə rekord sayda 54 ölkənin yüksək vəzifəli dövlət rəsmiləri iştirak edib, onlardan təxminən 40-ı nazirlər səviyyəsində olub. Həmçinin, ümumi bazar kapitalizasiyası 14 trilyon dollar olan 55 şirkətin rəhbərləri və bir sıra beynəlxalq təşkilatların liderləri tədbirdə iştirak etdilər.

Emil İsmayılov IEA Niderland enerji

Xəbər Lenti