Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 17:10
Bu ilin yanvar ayı üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 582,6 milyon manat təşkil edib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 549,8 milyon manatı heyvandarlıq, 32,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,1 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 5,6 faiz artıb, heyvandarlıq məhsulları istehsalı 0,3 faiz azalıb.
İlahə Səlimova
APA-Economics kənd təsərrüfatı Dövlət Statistika Komitəsi