BŞİH-in tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” MMC yaradılır

Tarix: 20 Feb 2026 17:10

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyəti təşkil edilir.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkilini təmin etməlidir.

Firuzə Vahid BŞİH Bakı Mərkəzi Nəbatat Dendrologiya Bağı

Xəbər Lenti