Səfir: Azərbaycan və Yaponiya arasında turist axınının artırılması münasibətlərin inkişafına təkan verəcək

Tarix: 20 Feb 2026 19:12

"Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi əsas prioritet istiqamətlərdən biridir".

APA xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe deyib.

Yaponiyalı diplomat bildirib ki, Azərbaycan və Yaponiya arasında qarşılıqlı turist axınının artırılması, mədəni əlaqələrin möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsi münasibətlərin daha da inkişafına təkan verəcək.

Diplomatın sözlərinə görə, turizm sahəsində əməkdaşlıq təkcə iqtisadi baxımdan deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Bu çərçivədə turizm şirkətləri arasında əlaqələrin qurulması, birbaşa uçuş imkanlarının artırılması və ortaq mədəni tədbirlərin təşkili nəzərdə tutulur. Hər iki ölkə zəngin tarixə və mədəni irsə malikdir. Bu potensialdan səmərəli istifadə olunması Azərbaycan–Yaponiya münasibətlərinin yeni mərhələyə yüksəlməsinə şərait yarada bilər".

İlqar Xudiyev Azərbaycan Yaponiya turizm

Xəbər Lenti