Azərbaycan SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq

Tarix: 24 Nov 2023 15:03

Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq.

APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

Dövlət başçısı bildirib ki, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib.

“Azərbaycan Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracaq”, - Azərbaycan Prezidenti bildirib.

Xəbər Lenti