Cümə, 27 Ferval, 2026
Tarix: 24 Nov 2023 16:01
Mərkəzi Asiya regionunun strateji əhəmiyyəti qlobal dünya üçün ildən-ilə artır.
APA xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.
"Bu proqram regionumuzun iqtisadi cəhətdən gücləndirilməsinə, imkanlarımızın artmasına və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşmasına yardım edib.
Biz qonşu ölkələrlə əməkdaşlığın daha da şaxələnməsində geniş imkanlar görürük. Tranzit xətlərinin genişlənməsi bizim üçün prioritetlərdəndir", - o bildirib.
Qırğızıstan Prezidenti çıxışında iqlim dəyişikliyi məsələsinə də toxunub. O vurğulayıb ki, iqlim dəyişikliyi ölkənin su ehtiyatlarını, enerji resurslarını təhdid edir.