BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası təsdiq edilib

Tarix: 23 Feb 2026 12:19

“İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanun imzalayıb.

Qeyd edək ki, konvensiya 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanıb.

Xəbər Lenti