Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək

Tarix: 23 Feb 2026 11:49

Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər həm də “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Onkoloji yardım haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

Onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Firuzə Vahid Prezident İlham Əliyev Qanun onkoloji xəstəxana

Xəbər Lenti