Bakıda Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir

Tarix: 23 Feb 2026 14:05

Bakıda iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının 17-ci iclası keçirilir.

APA xəbər verir ki, Komissiyanın həmsədrləri Azərbaycan Respublikası tərəfindən Baş nazirin müavini Şahin Mustafayevin və İran İslam Respublikası tərəfindən yol və şəhərsalma naziri xanım Fərzanə Sadeqin sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri iştirak edirlər.

Komissiyanın iclasında iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, energetika sahələrində layihələrin icra vəziyyəti müzakirə olunacaq. Xüsusilə, Şimal–Cənub Nəqliyyat Dəhlizinin potensialının tam reallaşdırılması baxımından Rəşt–Astara dəmiryolu xəttinin tikintisi, eyni zamanda iki ölkə üçün prioritet hesab edilən “Xudafərin” və “Qız Qalası” SES-ləri, eləcə də “Ordubad” – “Marazad” SES-ləri layihələri çərçivəsində əməkdaşlıq məsələləri iclasın gündəliyini təşkil edəcək. İclasda Ağbənd-Kəlalə körpüsünün tikintisinin tamamlanmasından sonra körpünün istismara verilməsi müddətinin də müzakirə ediləcəyi gözlənilir.

Firuzə Vahid Bakı iqtisadi ticarət və humanitar sahələrdə əməkdaşlıq Azərbaycan-İran Dövlət Komissiyası 17-ci iclas

Xəbər Lenti