Cümə axşamı, 26 Mart, 2026
Tarix: 10 Feb 2024 15:28
Qarabağ erməniləri regionu könüllü tərk edib.
APA xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”, - deyə nazir müavini bildirib.
Qaluzin bildirib ki, Qarabağda vəziyyət köklü şəkildə dəyişdiyindən, Rusiya sülhməramlılarının orada qalma şərtləri yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Qeyd etmək lazımdır ki, tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz bütün məsələləri tərəflərin məqbul saydığı şəkildə həll edirik”.