Çərşənbə axşamı, 24 Ferval, 2026
Tarix: 24 Feb 2026 14:14
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın və Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Şamxaradzenin başçılıq etdiyi nümayəndə heyətləri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə tər çiçəklər düzüblər.
APA xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətləri Bakıda Zəfər parkını ziyarət edərək Zəfər abidəsinin önünə gül dəstələri qoyublar. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər müşayiət ediblər.
Toğrul Quluzadə



