Azərbaycan və Ermənistan XİN rəhbərlərinin müavinləri etimad quruculuğu tədbirlərini müzakirə edib

Tarix: 24 Feb 2026 17:02

24 fevral tarixində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində görüşüblər.

Azərbaycan Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş daha yüksək siyasi səviyyədə aparılmış təmasların davamı olaraq baş tutub.

Nazir müavinləri çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində mümkün etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov beynəlxalq təşkilatlar Ermənistanın xarici işlər nazirinin müavini Robert Abisoğomonyan Cenevrə BMT İnsan Hüquqları Şurası

Xəbər Lenti