Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 14:41
Bu gün Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay ilə görüşüb.
Bu barədə APA-ya Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, xüsusilə parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Firuzə Vahid Əli Əsədov Fuat Oktay