TBMM-in komitə sədri: Türkiyə-Ermənistan əlaqələri Azərbaycanla münasibətlərin normallaşmasına bağlıdır

Tarix: 25 Feb 2026 14:49

Türkiyə–Ermənistan münasibətlərinin nizamlanması birbaşa Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasına bağlıdır.

APA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu proseslər paralel şəkildə aparılır: “Ümid edirik ki, bütün bunlar çox sürətlə inkişaf edəcək və bölgənin gündəmi artıq münaqişələrlə deyil, sülh, rifah və inkişafla müəyyən olunacaq. Bundan sonra diqqətimizi daha çox gələcəyə yönəldəcəyik”.

TBMM-in komitə sədrinin sözlərinə görə, Ermənistan–Azərbaycan münasibətləri çərçivəsində istər Qazaxıstan və Rusiya üzərindən gətirilən buğdanın daşınması, istərsə də ticarət əlaqələrinin başlaması Azərbaycan tərəfinin özünə inamını ifadə edir.

O qeyd edib ki, Azərbaycan hələ sülh sazişi rəsmi şəkildə imzalanmadan və üzərinə hüquqi öhdəlik düşmədən belə razılaşmanı faktiki olaraq mərhələli şəkildə həyata keçirməyə başlayıb: “Bu çox mühüm göstəricidir və Azərbaycanın özünə olan inamını nümayiş etdirir”.

Toğrul Quluzadə Türkiyə Azərbaycan Ermənistan

Xəbər Lenti