Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 Feb 2026 09:40
WUF13 tədbiri formatı kontekstində hansı ölkələrin dəvəti nəzərdə tutulursa, o ölkələr dəvət ediləcək.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu tədbirdə ilk dəfə Liderlər Zirvəsi də keçiriləcək: “Liderlər sammitində bütün dünya başçılarına dəvət getmir. Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq edən ölkələrə dəvət göndərilir, Ermənistan liderinə belə dəvət getməsi barədə məndə məlumat yoxdur”.
Firuzə VahidMənbə: apa.az