Ceyhun Bayramov: Biz Xocalı faciəsini heç zaman unuda bilmərik

Tarix: 26 Feb 2026 09:31

"Son 5 il ərzində Azərbaycan xalqı bu günü anarkən bu qurbanları öz ərazi bütövlüyünü bərpa edib, bu gün bütün Qarabağda bərpa quruculuq işləri gedir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bu gün Xocalıya həyat qayıdır: "Xocalı facisəi miqyasına görə ən böyük faicə idi, ona qədər də azərbaycan xalqına qarşı qətliamlar törədilmişdi. Biz bunu heç zaman unuda bilmərik".

Firuzə Vahid

Xəbər Lenti