Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 10:10
“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.
APA xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib.
“ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, - səfirlikdən bildirilib.
https://twitter.com/USEmbassyBaku/status/2026902141005345257Firuzə Vahid Xocalı soyqırımı ABŞ səfirliyi