Aİ səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Tarix: 26 Feb 2026 14:17

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

APA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.

“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həyatını itirən günahsız qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edir. Nümayəndəlik dərin hüznlə başsağlığı verir və barışığın, davamlı sülhün əhəmiyyətini vurğulayır”, - diplomat qeyd edib.

Toğrul Quluzadə Aİ Avropa Azərbaycan Aİ səfiri Mariyana Kuyundziç Xocalı soyqırımı

Xəbər Lenti