Cümə axşamı, 19 Mart, 2026
Tarix: 26 Feb 2026 15:46
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.
APA xəbər verir ki, o, bununla bağlı özünün sosial şəbəkə hesabında bildirib.
“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin yerində hiss edirik. Türkiyə “Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, - XİN rəhbəri qeyd edib.
Toğrul Quluzadə Azərbaycan Türkiyə Hakan Fidan Xocalı soyqırımı