Cümə axşamı, 26 Mart, 2026
Tarix: 13 Feb 2024 20:56
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə daha möhtəşəm uğurlar arzulayıram.
Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına isə firavanlıq diləyirəm".