Cümə axşamı, 26 Mart, 2026
Tarix: 13 Feb 2024 20:31
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Növbədənkənar Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırır və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına inkişaf və firavanlıq arzulayıram".