ABŞ İranın 9 hərbi gəmisini məhv edib

Tarix: 01 Mar 2026 21:38

ABŞ qüvvələri 9 İran hərbi gəmisini məhv edib və batırıb. APA xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, məhv edilən gəmilərdən bəziləri “nisbətən böyük və əhəmiyyətli” olub. Tramp əlavə edib ki, digər gəmilər də hədəf alınır və “tezliklə dənizin dibində olacaq”.

ABŞ lideri həmçinin digər bir hücum zamanı İranın Hərbi Dəniz Qüvvələrinin qərargahının böyük hissəsinin dağıdıldığını vurğulayıb.

Xəbər Lenti