Prezident İlham Əliyev: Bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm

Tarix: 14 Feb 2024 17:16

Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bildirib.

Dövlət başçısı prezident seçkilərində ona yenidən böyük etimad və dəstək göstərən Azərbaycan xalqına dərin təşəkkürünü ifadə edib.

Xəbər Lenti