Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 11:49
Küveytdə ABŞ-a məxsus bir neçə qırıcı təyyarə yerə çırpılıb.
APA Küveytin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisələr zamanı ölən və ya yaralanan olmayıb.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə ABŞ-ın F-15 qırıcı təyyarəsinin yerə çırpılma görüntüləri yayılıb.
İran isə sözügedən qırıcıların havadan müdafiə sistemləri vasitəsilə vurulduğunu iddia edib.
Toğrul Quluzadə Küveyt ABŞ qəza qırıcı təyyarə