Əraqçi və Mirzoyanın telefon danışığı olub

Tarix: 02 Mar 2026 13:39

İran və Ermənistan XİN rəhbərlərinin telefon danışığı olub.

APA “Tasnim”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi İranın ABŞ və İsraillə genişmiqyaslı müharibə şəraitində olduğunu deyib.

O bildirib ki, İran hücuma cavab olaraq İsraili və bölgədəki ABŞ hərbi bazalarını hədəf alıb və lazım olduğu müddətdə özünü müdafiə etməyə hazırdır.

Əraqçi, həmçinin İranın öldürülən liderlərinin qisasının alınacağını bəyan edib.

Mirzoyan İranın Ali Rəhbəri Seyid Əli Xameneinin, eləcə də bir sıra İran vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib.

O, eyni zamanda Ermənistanın zəruri olan hər cür humanitar yardımı göstərməyə hazır olduğunu bildirib.

Mirzoyan mövcud vəziyyətin diplomatiya yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.

Toğrul Quluzadə İran Ermənistan Əraqçi

Xəbər Lenti