Rusiya ABŞ və İsraildən İrana qarşı hərbi əməliyyatları dərhal dayandırmağı tələb edib

Tarix: 02 Mar 2026 13:03

"Rusiya Federasiyası ABŞ və İsraildən İrana qarşı hərbi əməliyyatları dərhal dayandırmağı tələb edir".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiyanın Vyanadakı Beynəlxalq Təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

Onun sözlərinə görə, Rusiya İsrail və ABŞ-ın İrana qarşı silahlı hücumunu qəti şəkildə pisləyir: “ABŞ və İsrailin bəyanatları onların yeganə məqsədinin İranda rejim dəyişikliyi və dövlətçiliyinin məhv edilməsi olduğuna şübhə yeri qoymur. ABŞ nüvə silahlarının yayılmamasına siyasi hesablaşmaların həlli üçün bir vasitə kimi baxır”.

Rusiyalı diplomat İrandakı hadisələrin birbaşa AEBA-nın mandatı ilə bağlı olduğunu və dərhal bu təşkilatın reaksiyasını tələb etdiyini söyləyib: “Heç bir halda istənilən nüvə obyekti hədəfə alınmamalıdır. Rusiya Federasiyası AEBA rəhbərliyindən İsrail və ABŞ-ın hərəkətlərinin dəqiq qiymətləndirilməsini gözləyir”.

Fərid Əkbərov Rusiya ABŞ İsrail İran

Xəbər Lenti