SEPAH: Netanyahunun ofisinə və HHQ komandanının olduğu yerə zərbə endirilib

Tarix: 02 Mar 2026 13:59

İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb.

Netanyahunun taleyinin naməlum olduğu bildirilir.

Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub.

İsrail tərəfdən məsələyə münasibət bildirilməyib.

Xəbər Lenti