Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 13:57
Rusiya ABŞ-İran danışıqlarında irəliləyiş barədə məlumatlara baxmayaraq, vəziyyətin açıq şəkildə aqressiya həddinə çatdığından məyusluğunu ifadə edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O əlavə edib ki, Rusiya Yaxın Şərqdəki münaqişənin toxunduğu ölkələrin, o cümlədən Fars körfəzi dövlətlərinin rəhbərliyi ilə əlaqə saxlamağa davam edir.
Kremlin rəsmisi vurğulayıb ki, hazırda BRICS ölkələri ilə İranla bağlı heç bir təmaslar yoxdur və təşkilata üzvlük təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəliklərini əhatə etmir.
Peskov Prezident Vladimir Putinin bu gün İran ətrafındakı vəziyyətlə bağlı beynəlxalq telefon danışığı aparacağını da söyləyib.
Fərid Əkbərov BRICS hərb münaqişə Rusiya