ABŞ Küveytdə üç F-15 qırıcısının qəzaya uğradığını təsdiqləyib - YENİLƏNİB

Tarix: 02 Mar 2026 15:30

ABŞ Küveytdə üç F-15 qırıcısının qəzaya uğradığını təsdiqləyib.

APA xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin İranın ballistik raketləri və dronlarının hücumlarını dəf edərkən səhvən Küveyt Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Mərkəzi Komandanlıq bildirib ki, altı ekipaj üzvü təhlükəsiz şəkildə katapult edib və vəziyyətləri stabildir.

Küveyt bu hadisəni etiraf edib və Küveyt müdafiə qüvvələrinin səylərinə və davam edən bu əməliyyatda göstərdikləri dəstəyə görə minnətdarıq”, - bəyanatda deyilir.

Mərkəzi Komandanlıq hadisə ilə bağlı əlavə araşdırma aparıldığını bildirib.

***

14:16

İran ABŞ-a məxsus üç qırıcını vurub.

APA xəbər verir ki, bu barədə İranın "Xatəmül-Ənbiya" Qərargahı məlumat yayıb.

Toğrul Quluzadə İran ABŞ Xatəmül-Ənbiya

Xəbər Lenti