Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 16:29
Dövlətə məxsus “Qatar Energy” neft-qaz şirkəti maye qaz və əlaqəli məhsulların istehsalını dayandırdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.
Məlumatda deyilir ki, şirkət Rəs-Ləffan və Məsəid sənaye şəhərlərindəki əməliyyat obyektlərinə yönələn hava hücumlarının ardından bu addımı atıb.
“Qatar Energy” vəziyyətin inkişafı ilə bağlı davamlı məlumat veriləcəyini qeyd edib.
Qeyd edək ki, İranın pilotsuz uçuş aparatları şirkətin zavodlarına hücum edib. Ciddi insan tələfatı və ziyan olmasa da, hücumlar ölkənin enerji sektorunda böyük narahatlıq yaradıb.
İlqar Xudiyev Qətər maye qaz istehsalı İran dronları