Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 16:21
İranın Gürcüstandakı səfirliyinin konsulluq şöbəsinin pəncərələrindən birinin şüşəsi sındırılıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İranın Gürcüstandakı səfiri Əli Moujani məlumat yayıb.
O, insidentin ötən gecə baş vediyini və faktla bağlı İran vətəndaşının saxlanıldığını bildirib.
Səfir qeyd edib ki, yerli qanunvericiliyə uyğun olaraq saxlanılan şəxs 6 ay müddətinə həbsə alınacaq, daha sonra Gürcüstandan deportasiya olunacaq və ölkəyə girişi qadağan ediləcək.
Cəmilə Babayeva İran Gürcüstan pəncərə səfirlik