Tramp Starmerin İrana qarşı hava bazasından istifadəyə icazə verməməsindən məyusdur

Tarix: 02 Mar 2026 16:07

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Keir Starmerin son hərəkətindən məyus olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “The Telegraph”a müsahibəsində danışıb.

O deyib ki, İrana qarşı əməliyyatlar üçün ABŞ-a Britaniyanın Dieqo Qarsiyadakı hərbi bazasından istifadə etməyə icazə verilməməsi onu məyus edib.

Trampın sözlərinə görə, Starmerin bu addımı “misli görünməmiş bir hərəkət” olub, lakin ABŞ və Britaniya arasında belə məsələlər əvvəllər də baş verib.

Qeyd edək ki, Starmer daha sonra ABŞ-a Britaniyanın Dieqo Qarsiyadakı hərbi bazasından istifadə etməyə icazə verib.

Toğrul Quluzadə Böyük Britaniya Baş nazir Keir Starmer ABŞ Prezidenti Donald Tramp hava bazası İran

Xəbər Lenti