İsrail Baş nazirinin ofisi SEPAH-ın Netanyahu ilə bağlı iddiasını saxta xəbər adlandırıb - YENİLƏNİB

Tarix: 02 Mar 2026 17:09

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi SEPAH-ın iddiasını təkzib edib.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Baş nazirin ofisi SEPAH-ın Netanyahunu hədəf almasını və onun taleyinin naməlum olduğuna dair iddiasını saxta xəbər adlandırıb.

***

13:59

İran bu gün səhər İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə zərbə endirib.

APA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, İran, eyni zamanda İsrail ordusunun Hərbi Hava Qüvvələrinin komandanının olduğu yeri hədəfə alıb.

Netanyahunun taleyinin naməlum olduğu bildirilir.

Əməliyyatın detallarının sonradan açıqlanacağı qeyd olunub.

İsrail tərəfdən məsələyə münasibət bildirilməyib.

İsrail Baş naziri Benyamin Netanyahu SEPAH

Xəbər Lenti