Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 18:42
Avropada təbii qazın qiyməti 42% artıb.
APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Aprel ayında çatdırılma üçün ICE birjasında təbii qazın qiyməti 45.46 avroya (53.26 ABŞ dolları) yüksəlib.
Bildirilir ki, bu artım “Qatar Energy” şirkətinin müharibənin davam etməsi ilə əlaqədar maye qaz istehsalını dayandıracağını bildirməsindən sonra baş verib.
İlqar Xudiyev Qazın qiyməti qalxıb Yaxın şərqdə döyüşlər Avropa