Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 02 Mar 2026 22:57
İraqın Səlahəddin əyalətinin şimalında yerləşən ölkənin ən böyük hərbi aviabazasına dron hücumu olub.
APA xəbər verir ki, bu barədə “əl-Cəzira” telekanalı məlumat verib.
Məlumata görə, Balad aviabazasına ən azı iki silahlı dron hücum edib.
Hücum nəticəsində hələlik heç bir zərər və ya itki barədə məlumat verilmir.