Küveyt ordusunun bir hərbçisi həlak olub

Tarix: 03 Mar 2026 03:37

Küveyt ordusunun Hərbi Dəniz Donanmasının hərbçisi xidməti vəzifəsini yerinə yetirərkən həlak olub.

APA xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Küveyt Silahlı Qüvvələrinə verilən tapşırıqların bir hissəsi olaraq xidməti vəzifəsini yerinə yetirərkən bir çavuş həlak olub", - Baş Qərargahın “X” hesabında deyilir.

Hadisənin təfərrüatları ilə bağlı hələ ki, heç bir məlumat verilməyib.

Xəbər Lenti