Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 14:40
ABŞ-ın hərəkətləri İranı nüvə silahı hazırlamağa təşviq edə bilər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, ABŞ nüvə bombası olanlara hücum etmir.
Rusiya XİN başçısı xəbərdarlıq edib ki, əgər Tehran nüvə silahı əldə etmək qərarına gələrsə, digər qonşu ölkələr də onu hazırlamağa başlayacaq: “Rusiya nüvə silahının yayılmaması prinsiplərinin pozulmasına və mümkün nüvə silahlanması yarışına qəti şəkildə qarşıdır. Hazırda bu sahədə vəziyyətin nəzarətdən çıxması riski var”.
Fərid Əkbərov Rusiya xarici işlər naziri Sergey Lavrov İran nüvə silahı