Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 15:38
Hörmüz boğazında bəzi gəmilərə zərər dəyib, bölgə risk altındadır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.
O, Hörmüz boğazı və ətraf dəniz yollarındakı vəziyyəti yaxından izlədiklərini qeyd edib.
“Bölgədə Türkiyə bayrağı altında üzən gəmilərimiz olmasa da, sahibi türk olan 16 gəmini yaxından izləyirik”, - nazir vurğulayıb.
Dəryanur Cəfərova Hörmöz boğaz gəmi Türkiyə