İran Avropaya İsrail və ABŞ-ın əməliyyatlarına qoşulmamaq barədə xəbərdarlıq edib: Bu, müharibə aktı olardı

Tarix: 03 Mar 2026 15:17

İran Avropa ölkələrini müharibəyə qoşulmaqdan çəkinməyə çağırıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Avropanın müharibəyə qoşulmasınını mümkünlüyünə münasibət bildirərkən deyib.

“Bu, müharibə aktı olardı. İrana qarşı istənilən bu cür hərəkət təcavüzkarlarla əlbir olmaq kimi qiymətləndiriləcək. Bu, İrana qarşı müharibə hesab ediləcək”, - Bəqayi xəbərdarlıq edib.

Toğrul Quluzadə İran Avropa xəbərdarlıq

Xəbər Lenti