Paşinyan Gürcüstana səfər edib - YENİLƏNİB

Tarix: 03 Mar 2026 18:43

Ermənistanın Baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, onu Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qarşılayıb.

Paşinyan ikigünlük səfər çərçivəsində gürcü həmkarı İrakli Kobaxidze ilə görüşəcək və Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak edəcək.

***

10:54

Ermənistanın Baş naziri Nikol Paşinyan 3-4 mart tarixlərində Gürcüstanda işgüzar səfərdə olacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyasından bildirilib.

Paşinyan və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında təkbətək görüş olacaq. Daha sonra onların sədrliyi ilə Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclası keçiriləcək.

Cəmilə Babayeva Paşinyan Gürcüstan Ermənistan

Xəbər Lenti