ABŞ səfiri: Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışacağam

Tarix: 15 Feb 2024 15:18

Azərbaycanla münasibətlərimizi daha da dərinləşdirmək istiqamətində imkanlar var.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi yerli mediaya açıqlamasında deyib.

Diplomat Azərbaycanda fəaliyyətə başlamağından məmnun olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, Ukraynaya humanitar yardım kimi sahələrdə əməkdaşlığı, prioritetləri var.

Səfir keçən aylar ərzində münasibətlərdə müəyyən anlaşılmazlıqların olduğunu qeyd edib.

“Mənim gündəliyim müsbətdir, ortaq maraqlarımız naminə çalışmağa davam edəcəyəm”, - diplomat əlavə edib.

Xəbər Lenti