Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 02:31
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildə bir sıra hərbi obyektlərə zərbələr endirdiyini bildir.
APA-nın “Al Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, SEPAH İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdə yerləşən “Kirya” kompleksindəki binasına, eləcə də Təl-Əviv və Petax-Tikva şəhərlərindəki hərbi obyektlərə hava zərbələri endirib.
Qeyd olunub ki, zərbələr həmçinin Qərbi Qalileyada yerləşən bir neçə hərbi mərkəzi də hədəf alıb.
İsrail tərəfi hələlik açıqlama verməyib.