ABŞ Lahor və Kəraçidəki diplomatlarını Pakistandan çıxarır

Tarix: 04 Mar 2026 10:09

ABŞ Dövlət Departamenti Lahor və Kəraçidəki konsulluq əməkdaşlarının bir hissəsinə Pakistanı tərk etməyi tapşırıb.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Pakistan konsulluğunun rəsmi saytında yerləşdirilib.

Bildirilir ki, təhlükəsizlik təhdidləri səbəbindən Lahor və Kəraçidəki bir neçə ABŞ konsulluğunun əməkdaşlarına Pakistanı tərk etmək barədə tapşırıq verilib.

Tapşırıq konsulluq əməkdaşlarının ailə üzvlərinə də aiddir.

İlqar Xudiyev Pakistan ABŞ konsulluq əməkdaşlarının təxliyyəsi

Xəbər Lenti