İspaniya Baş naziri: Kiminsə bizi cəzalandıracağından qorxmuruq, müharibəyə yox deyirik

Tarix: 04 Mar 2026 12:37

23 il əvvəl ABŞ bizi kütləvi qırğın silahları ilə mübarizə və demokratiya gətirmək adı ilə İraqla müharibəyə sürüklədi, amma reallıq tamam başqa cür oldu.

APA xəbər verir ki, bu barədə İspaniya Baş naziri Pedro Sançez bildirib.

“Səddam Hüseynin kütləvi qırğın silahlarını məhv etmək, qlobal təhlükəsizliyi təmin etmək və İraqa demokratiya gətirmək üçün bu ölkə ilə müharibəyə sürükləndik. Amma əks effekt baş verdi. Berlin divarının dağılmasından sonra bizim qitəmizdə böyük təhlükə dalğası başladı. İraq müharibəsi cihadçı terrorizmi tətiklədi, ciddi miqrasiya böhranı yaratdı və enerji qiymətlərində artıma səbəb oldu”, - Sançez qeyd edib.

O, İspaniyanın beynəlxalq hüququn pozulmasına və mülki obyektlərin hədəfə alınmasına qarşı olduğunu vurğulayıb.

Kiminsə bizi cəzalandıracağı qorxusuna görə, dünya üçün pis olan bir şeydə iştirak etməyəcəyik. Bu, həm də bizim dəyərlərimiz və maraqlarımıza ziddir. İspaniyanın iqtisadi, institusional və əxlaqi gücünə tam etimadımız var. Müharibəyə yox deyirik”, - İspaniya Baş naziri bəyan edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İspaniyanın İranla bağlı mövqeyindən narazı olduğunu və ABŞ-ın bu ölkə ilə ticarət əlaqələrini kəsəcəyini bildirib.

Toğrul Quluzadə Sançez Tramp müharibə

Xəbər Lenti