Kobaxidze: Azərbaycanla Ermənistan arasında sülh bölgənin inkişafı üçün yaxşı zəmin yaradır

Kobaxidze: Azərbaycanla Ermənistan arasında sülh bölgənin inkişafı üçün yaxşı zəmin yaradır

Tarix: 04 Mar 2026 12:11

Regionda sabitliyin qorunması çox vacibdir. Gürcüstan son zamanlar bölgədə inkişaf edən tendensiyalardan məmnundur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Ermənistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişi böyük əhəmiyyət kəsb edib.

"Bütün bunlar bölgəmizin gücləndirilməsi və inkişafına daha çox qayğı göstərməyimiz üçün çox yaxşı zəmin yaradır", - Kobaxidze əlavə edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Gürcüstanın dəstəyi ilə Ermənistan, Gürcüstan və Azərbaycan arasında üçtərəfli ticarət və münasibətlər dərinləşib.

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh bölgədəki mühiti yaxşılaşdırır.

Paşinyan gürcü həmkarına Ermənistan və Azərbaycan arasında sülh prosesinə daimi dəstəyinə görə təşəkkür edib.

Cəmilə Babayeva Kobaxidze Azərbaycan Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti