Çərşənbə, 4 Mart, 2026
Tarix: 04 Mar 2026 13:35
Sankt-Peterburqda yetkinlik yaşına çatmayanlara benzin satışı qadağan edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, qubernator Aleksandr Beqlovun yetkinlik yaşına çatmayanlara yanacaq satışına müvəqqəti qadağa qoyduğu bildirilib.
Qeyd olunub ki, 9 mart 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək Sankt-Peterburqda yerləşən bütün yanacaqdoldurma məntəqələrində yetkinlik yaşına çatmayanlara istənilən qabda benzin satışı qadağan edilir.
Rusiya mətbuatı qadağanın prezident Vladimir Putinin ictimai təhlükəsizliyin gücləndirilməsi ilə bağlı fərmanı ilə əlaqəli olduğu və "yetkinlik yaşına çatmayanlar tərəfindən dağıdıcı məqsədlər üçün tezalışan materialların istifadəsi ilə bağlı risklərin azaldılması" məqsədi daşıdığını yazıb.
Fərid Əkbərov Sankt-Peterburq Rusiya Putin